Dünən işdən azad olunan Göyçay icra başçısına  250 min manatlıq mənimsəmə İTTİHAMI

Dünən işdən azad olunan Göyçay icra başçısına  250 min manatlıq mənimsəmə İTTİHAMI

Hazırda oxunan: Dünən işdən azad olunan Göyçay icra başçısına  250 min manatlıq mənimsəmə İTTİHAMI

62575

Xəbər verdiyimiz kimi Göyçay rayonun icra başçısı Mehdi Səlimzadə Prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.

Bizim.Media xəbər verir ki, Mehdi Səlimzadə 2016-cı ildən etibarən Göyçay Rayon İcra Hakimiyyətinə rəhbərlik edirdi.

Apardığımız araşdırmalar nəticəsində, keçmiş icra başçısının fəaliyyətində bir sıra şübhəli məqamların olduğu diqqətdən yayınmayıb. Belə ki, ölkə mediasında Mehdi Səlimzadənin ailəsinə və yaxınlarına məxsus bizneslərlə bağlı xeyli sayda informasiyalar yayılıb.

Həmin bizneslərdən olduğu bildirilən ”NIRRIN HEALTH & SPA” mərkəzi Bakıda Qurban Xəlilov küçəsi 2-də yerləşir.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident bu rayonun icra başçısını vəzifəsindən azad etdi


Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin sözlərinə görə, mərkəz Göyçayın icra başçısı Mehdi Səlimzadənin qızı Nəzrin Mehdi qızı Səlimzadəyə məxsusdur.

Məlumatda qeyd olunub ki, Nəzrin Səlimzadə 2013-cü ilin iyulunda Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınmış "NİRRİN" MMC-nin təsisçisidir. 2018-ci ilin iyunundan etibarən şirkətin qanuni təmsilçisi Məsmə Xanım Məcidova Abbas qızıdır.

Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılovun Göyçaydakı əməlləri ilə bağlı isə şikayətlərin sayı-hesabı yoxdur desək, yəqin ki, yanılmarıq. Şikayətlərdə bildirilib ki, Göyçay Rayon İcra Hakimiyyəti başçısı rayonun idarəetməsini öz qardaşı oğlu Səməd Cəbrayılova həvalə edib. 

Məlumata görə, Səməd Cəbrayılov əmisi icra başçısı təyin olunduqdan sonra öz biznes fəaliyyətini qurub.

Belə ki, Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan az sonra qardaşı oğlu Səmədi Göyçay Gənclər Mərkəzinə müdir vəzifəsinə, bir müddət sonra isə Göyçay rayon İcra Hakimiyyətində kadrlar şöbəsinə müdir vəzifəsinə gətirilib.

Bundan sonra Səməd Göyçay Avtonəqliyyat ASC-də yerləşən bazarı antisanitariya adı ilə bağlatdırıb özünə Göyçay şəhərinin mərkəzində mebel Rəşid adlı şəxslə ortaq "Təzə Bazar" adlı bazar açıblar. Göyçay Avtobazasında yerləşən bazarda çalışan 500-ə yaxın şəxsin işsiz qaldığı bildirilir. Bundan əlavə, bazar əhalinin və avtomobillərin gediş-gəlişinə də ciddi maneələr törədib.

Səməd Cəbrayılovun həmin bazarın ərazisini genişləndirmək üçün vətəndaşlara məxsus torpaq sahələrini ümumilikdə 500.000 manata aldığı və öz şəxsi avtomobilinə “99 SC 999” dövlət nömrə nişanını almaq üçün 30.000 manat pul ödədiyi haqda məlumat da şikayətlər arasındadır.

Bundan əlavə Mehdi Səlimzadənin digər qardaşı oğlu Əli Cəbrayılovun isə rayonun boş torpaq sahələrinin qeydiyyatını aparmaq adı ilə bir sıra əraziləri qanunsuz olaraq satışa çıxardığı bildirilir.


Mehdi Səlimzadənin Göyçayın heyvan bazarından yüksək məbləğdə “yer pulu” yığdığı da iddialar arasındadır.

Mehdi Səlimzadə haqqında bir digər şikayət isə, 2015-2021-ci illərdə Göyçay rayon Santiar-Təmizlik idarəsinin rəisi olmuş Loğman Əliyev tərəfindən yazılıb. 250 min manat məbləğində vəsaiti mənimsədiyi üçün hal-hazırda həbsdə olan Loğman Əliyev həmin pulların Mehdi Səlimzadə tərəfindən mənimsənildiyini iddia edib.

Haqqında bu qədər qanunsuzluq iddiaları səsləndirilən eks icra başçısının fəaliyyətinin araşdırılmasının zərurətə çevrildiyini söyləyə bilərik.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO