Dekabrın 25-dən əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanlarının keçirilməsinə start veriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə və insanların yaşayış yerini tərk etmələrinə məhdudiyyətlərin tətbiq edilməsini nəzərə alaraq, imtahanların şifahi müsahibə şəklində həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib.
Bu baxımdan eksternat qaydasında aralıq imtahanları “Microsoft Teams“ platforması vasitəsilə onlayn formada (şifahi) keçiriləcək.
Bu barədə məlumatlar eksternat imtahanlarında iştirak üçün qeydiyyatdan keçmiş şəxslərin “Whatsapp” nömrələrinə bildiriş kimi göndərilib.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. İmtahanda iştirak edənlərə 10 fənn üzrə suallar veriləcək.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:06 / 24.12.2020
Eksternat qaydasında onlayn imtahan keçiriləcək
Hazırda oxunan: Eksternat qaydasında onlayn imtahan keçiriləcək
Hazırda oxunan: Eksternat qaydasında onlayn imtahan keçiriləcək
6255
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.