Aİ və ÜST Azərbaycana tibbi ləvazimatlar göndərdi

Aİ və ÜST Azərbaycana tibbi ləvazimatlar göndərdi

Hazırda oxunan: Aİ və ÜST Azərbaycana tibbi ləvazimatlar göndərdi

6253

Bu gün Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-lu ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kanulu, 258 venturi maskasi, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də tibb işçilərinə COVID-19 pandemiyası ilə təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə 987 min cüt müayinə əlcəyini Azərbaycanın Səhiyyə Nazirliyinə təhvil verib.

Bizim.Media xəbər verir ki, təhvil-təslim aktını ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov imzalayıb.

Bu ləvazimatlar Avropa İttifaqının maliyyə dəstəyi ilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ölkəyə gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO