Xaricdə təhsilin maliyyələşdirilmə qaydası hazırlanacaq – Risklər üçün qabaqlayıcı şərtlər

Xaricdə təhsilin maliyyələşdirilmə qaydası hazırlanacaq – Risklər üçün qabaqlayıcı şərtlər

Hazırda oxunan: Xaricdə təhsilin maliyyələşdirilmə qaydası hazırlanacaq – Risklər üçün qabaqlayıcı şərtlər

62316

Azərbaycanlı gənclərin xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydası hazırlanacaq.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 28-də təsdiqlədiyi Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramında əksini tapıb.

Qeyd olunub ki, xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi qaydasında müəyyən ediləcək maliyyələşdirmə mexanizmləri qarşılıqlı məsuliyyət və etimad prinsipinə əsaslanacaq və tərəflərin öhdəlikləri dəqiq müəyyən ediləcək.

MÖVZU İLƏ BAĞLI:

Xaricdə təhsil proqramında bu ixtisaslara üstünlük veriləcək - SİYAHI


Qaydada akademik müvəffəqiyyətsizlik və ölkəyə qayıtmamaq riskləri düzgün qiymətləndiriləcək, bu risklərin qarşısının alınması məqsədilə qabaqlayıcı şərtlər müəyyən ediləcək.

Hazırlanacaq qayda gənclərin dövlət hesabına nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almalarına və məzun olduqdan sonra ölkəyə qayıdaraq yüksəkixtisaslı kadr kimi Azərbaycanın dayanıqlı inkişafına töhfə vermələrinə imkan yaradacaq.

Dövlət Proqramının maliyyələşdirilməsi mənbələri də məlum olub.

Belə ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası Azərbaycan Respublikasının Dövlət Neft Fondu, beynəlxalq təşkilatların (fondların) texniki/maliyyə yardımları, kreditlər/qrantlar və xarici/yerli hüquqi/ fiziki şəxslərin ianələri hesabına maliyyələşdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO