Ukraynanın Xalq rəssamı Katib Məmmədov bu gün Xarkovda küçədə atışma zamanı qardaşı oğlu Qoşqar Məmmədovun güllələndiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, K.Məmmədov APA-ya açıqlamasında bildirib ki, Xarkova qonaq gəlmiş Q. Məmmədov silahsız, mülki şəxs olduğu halda ona atəş açılıb və o, həyatını itirib.
Hazırda Azərbaycanın Xarkovdakı konsulluğunun da dəstəyi ilə Q.Məmmədovun nəşinin Azərbaycana göndərilməsi imkanları araşdırılır.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi də bu gün Q. Məmmədovun nəşinin imkan yaranan ilk fürsətdə Azərbaycana göndərilməsinin planlaşdırıldığı barədə məlumat yayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:39 / 27.02.2022
Xarkovda azərbaycanlı gənc öldürüldü
Hazırda oxunan: Xarkovda azərbaycanlı gənc öldürüldü
Hazırda oxunan: Xarkovda azərbaycanlı gənc öldürüldü
62238
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.