Rusiyadan gələ bilməyən Azərbaycan vətəndaşlarının buraxılmasına başlanıldı - FOTO

Rusiyadan gələ bilməyən Azərbaycan vətəndaşlarının buraxılmasına başlanıldı - FOTO

Hazırda oxunan: Rusiyadan gələ bilməyən Azərbaycan vətəndaşlarının buraxılmasına başlanıldı - FOTO

62170

Artıq  4-cü  gündür pandemiya səbəbindən ölkəyə gələ bilməyən Azərbaycan vətəndaşlarının buraxılmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, buraxılış prosedurları Qusarın Azərbaycan-Rusiya sərhədindəki Samur sərhəd-keçid məntəqəsində aparılır.

Qonşu Dağıstan Respublikasının Yaraq Qazmalar keçid məntəqəsindən ölkəmizə buraxılan soydaşlarımızı Samur keçidində ilk olaraq Azərbaycan sərhədçiləri qarşılayıb.

Sonra TƏBİB-in Qusar  rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinin işçiləri Azərbaycan vətəndaşlarından Covid-19-a qarşı test nemunəsi götürüblər.

Xəstəxananın mətbuat xidmətindən verilən məlumata görə, test müayinəsindən sonra vətəndaşlarımız Qubanın İkinci Nügədi kəndindəki istirahət mərkəzinə yerləşdiriliblər.

Test nəticəsi pozitiv çıxanlar Quba regional Sovid-19 xəstəxanasına göndəriləcək.

Artıq ötən  gün test verən Azərbaycan vətəndaşlarından 1-də nəticə pozitiv çıxdığından həmin şəxs xəstəxanaya  yerləşdirilib. Nəticəsi neqativ çıxanlar isə yaşadıqları ünvana göndəriləcəklər.

Məlumata görə, fevralın 24-dən bu günəcən  Rusiyadan Azərbaycana 370    nəfər soydaşımız buraxılıb. Bu gün isə  daha 110 nəfərin Azərbaycana gəlməsi planlaşdırılır.

Ümumiyyətlə, son 3 gündə ölkəyə gələn 5 nəfər Azərbaycan vətəndaşında koronavirus aşkar edilib və onların hamısı  xəstəxanaya yerləşdirilib.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO