Lənkəranda 46 yaşlı kişi yanıq xəsarətləri ilə evdə huşsuz vəziyyətdə aşkar olunub.
Bizim.Media-nın cənub bürosununun verdiyi xəbərə görə, hadisə şəhərin “16-cı məhəllə” adlanan yaşayış massivində baş verib.
Evdən tüstü və kəskin qoxu hissə edən qonşular aidiyyati üzrə məlumat veriblər.
Hadisə yerinə gələn Təcili Tibbi Yardım əməkdaşları 1976-cı il təvəllüdlü Cəfərov Fuad Zakir oğlunu huşsuz vəziyyətdə aşkar ediblər.
O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılb.
Xəstənin bədən səthinin yandığı və termiki şok keçirdiyi də məlum olub. Reanimasiya şöbəsinə yerləşdirilən F.Cəfərovun vəziyyətinin ağır olduğu bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:49 / 26.02.2022
Lənkəranda 46 yaşlı kişi yanıq xəsarəti aldı
Hazırda oxunan: Lənkəranda 46 yaşlı kişi yanıq xəsarəti aldı
Hazırda oxunan: Lənkəranda 46 yaşlı kişi yanıq xəsarəti aldı
62117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.