Müxtəlif dillərdə kampaniya keçirildi - “Xocalıya Ədalət” / FOTO

Müxtəlif dillərdə kampaniya keçirildi - “Xocalıya Ədalət” / FOTO

Hazırda oxunan: Müxtəlif dillərdə kampaniya keçirildi - “Xocalıya Ədalət” / FOTO

62098

Bu gün tviterdə sosial şəbəkə istifadəçiləri tərəfindən Xocalı soyqırımının dünyaya tanıdılması, “Xocalıya Ədalət” naminə müxtəlif dillərdə (ingilis, rus, alman və fransız) kampaniya keçirilib.

Bizim.Media xəbər verir ki, kampaniya çərçivəsində Xocalı soyqırımı və bu barədə xarici mediada dərc olunan yazılar, cinayəti törədən Ermənistanın siyasi rəhbərliyi haqqında məlumatlar, faciə qurbanları və onların həyatını əks etdirən şəkil, poster və videolar #JusticeforKhojaly həştəqi dünya trendində 1-ci yer, #HocalıKatliamı isə 5-ci yerdə olub.

Amerika trendində #JusticeforKhojaly 4-cü yer, Fransa trendində 3-cü yer, Kanada trendində isə 2-ci yerdə olub.

Türkiyə trendində isə #HocalıKatliamı 1-ci yer, #HocalıSoykırımı 2-ci yerdə qərarlaşıb.

Paylaşımlarda dövlət rəsmiləri, beynəlxalq təşkilatlar işarələnərək bu soyqırım aktına lazımi siyasi və hüquqi qiymət verilməsi vurğulanıb. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO