Özbəkistandan gəlib Xocalıda əsir düşdülər – Erməni vəhşiliyinin daha bir ŞAHİDLƏRİ -FOTO

Özbəkistandan gəlib Xocalıda əsir düşdülər – Erməni vəhşiliyinin daha bir ŞAHİDLƏRİ -FOTO

Hazırda oxunan: Özbəkistandan gəlib Xocalıda əsir düşdülər – Erməni vəhşiliyinin daha bir ŞAHİDLƏRİ -FOTO

62058

"Xocalıya hücum olanda biz yenidən qaçqınlıq həyatı yaşamağa başladıq.
O zaman çox dəhşətlər yaşadıq. Həmin dəhşətli gecədə biz erməni daşnakları tərəfindən əsir götürüldük". 

Bizim.Media-ya xəbər verir ki, bu sözləri Qubada Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş rayon tədbirində Xocalıda məskunlaşmış Axısxa türkü Nurməhəmməd İsmayılov danışıb.

O, yaşadığı dəhşətli günləri, gördüyü işgəncələri ürəkağrısı ilə dilə gətirib:

"Bir həftə əsirlikdə qaldıqdan sonra təsadüfən Fransadan gələn missiya nümayəndəsinin köməkliyi ilə azad olunduq. Bizi Ağdama gətirdilər. Ordan da hərə bir tərəfə dağıldı. Biz də Quba rayonunda məskunlaşmağa başladıq".
 

MÖVZU İLƏ BAĞLI:

Xocalı soyqırımından 30 il ötür


Nurməhəmməd bəyin sözlərinə görə, 1990-cı ildə Özbəkistanın Fərqanə vilayətindən qovulmuş Axısxa türkü ailələrinin bir qismi Xocalıda məskunlaşmışdı.

Onlar öz yurd-yuvalarından didərgin düşdükləri azmış kimi, bir də məskunlaşdıqları doğma Xocalıdan ayrı düşüblər:

"Xocalıda yaşayan biz- Axıska türkləri də faciə baş verəndə şəhər sakinləri kimi ermənilərin və 366-cı motoatıcı diviziyanın Xocalıya qəfil hücumunun şahidi olmuşduq. Bu soyqırımı idi, çox dəhşətli cinayət törətdi ermənilər".

Həmçinin keçirilən tədbirdə hazırda Qubada yaşayan 3 Axıska türkü ailəsinin nümayəndələri Azərbaycanın çətin günlərdə onlara xüsusi diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıblar.
Tədbirdə Xocalı faciəsi şəhidlərinin ruhu hörmətlə anılıb.

Quba İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev də çıxışında faciənin dünya miqyasında tanınması istiqamətində Azərbaycanın apardığı mübarizədən söz açıb. 


Qeyd olunub ki, dünya Azərbaycanın başlatdığı və 30 ildir tələb etdiyi "Xocalıya ədalət" kampaniyasına biganə qalmamalıdır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO