26 fevralda doğulan APREL ŞƏHİDİ:

26 fevralda doğulan APREL ŞƏHİDİ: "Mənim ad günümü tam qələbəmizdə qeyd edərsiniz"- FOTO 

Hazırda oxunan: 26 fevralda doğulan APREL ŞƏHİDİ: "Mənim ad günümü tam qələbəmizdə qeyd edərsiniz"- FOTO 

62053

Bu gün Aprel şəhidi, Azərbaycan Milli Ordusunun kapitanı Nəcməddin Akif oğlu Savalanovun doğum günüdür. Yaşasaydı, 37 yaşını keçirməyəcəkdi, sadəcə Xocalı şəhidlərinin ruhunu anıb, faciənin səbəbkarı olan qatilərin gec-tez ədalət məhkəməsində cəzalandırılacağını söyləyəcəkdi.

Nəcməddin Savalanov İmişli rayonunun Göbəktala kəndində doğulub boya-başa çatıb. İndi isə kəndin məzarlığında uyuyur.

"Xocalı faciəsi baş verəndə Nəcməddinin 5 yaşı vardı. Böyüyüb soyqırımı barədə tam məlumatlı olandan sonra onun üçün ad günü keçirməyim deyə mənə bərk-bərk tapşırmışdı. Deyirdi ki, mənim ad günüm ermənilərdən tam qisasımızı aldığım gün olacaq",- deyə qeyd edən şəhid anası Bizim.Media-ya oğlu ilə bağlı xatirələrini bölüşüb:

"Uşaqlıqdan  hərbiyə böyük marağı olan Nəcməddin H.Əliyev adına Bakı Ali Hərbi Məktəbində təhsil alıb. Aprel döyüşləri başlayanda Silahlı Qüvvələrin hərbi hissələrinin birində qərargah rəisi işləyirdi. Döyüş başlayanda öndə gedirdi oğlum. Lələtəpə uğrunda gedən döyüşlərdə ağır yaralandı. 37 gün Bakıdakı Hərbi Hospitalda alırdı amma heç bir nəticəsi olmadı, Nəcməddin mayın 8-i elə orada gözlərini yumdu..".

Anası Ramilə xanım deyir ki, o xəstə halını belə qəbul etməyərək, sağalacağına ümid edirdi:

"Prezident İlham Əliyev tərəfindən göstərdiyi şücaətə görə, medalla təltif olunmuşdu. Amma o, bu halı ilə  medalı qəbul etməyi özünə sığışdırmadı. Nümayəndələr medalı hospitalda təqdim etmək istəyəndə razı olmadı "Qoy sağalım, hərbçiyə yataqda təltif olmaz" demişdi. 

Şəhid anası həmçinin bildirib ki, müalicə zamanı yaxın dostunun şəhid xəbərindən çox sarsılıb:

"Nəcməddin çox arzulayırdı ki, tez sağalıb işinə qayıtsın. İntiqam hissi ilə yanırdı.
Hospitalda müalicə olunanda yaxın dostu, "Murov qartalı" Raquf Orucovun şəhid olduğunu eşidib tam sarsılmışdı. Onlar çox yaxın dost, silahdaş idilər".

Qeyd edək ki, Nəcməddin Savalanov  2016-cı ilin Aprel  döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalına layiq görülüb. 
Ruhu şad olsun!

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO