Nazirdən regional təhsil idarələrinin yaradılması ilə bağlı ƏMR - SİYAHI 

Nazirdən regional təhsil idarələrinin yaradılması ilə bağlı ƏMR - SİYAHI 

Hazırda oxunan: Nazirdən regional təhsil idarələrinin yaradılması ilə bağlı ƏMR - SİYAHI 

62002

Rayon və şəhər təhsil şöbələrinin əsasında regional təhsil idarələri yaradılacaq. 

Bizim.Media APA-ya istinadən xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, regional təhsil idarələri aşağıdakı kimi təşkil olunacaq: 

- Sumqayıt şəhər, Abşeron, Xızı rayon tahsil şöbələrinin əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsi: (İdarə Sumqayıt şəhərində yerləşməklə) 

- Ağsu, İsmayıllı, Qobustan ve Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi (idarə Şamaxı rayonunda yerləşməklə): 
- Gəncə şəhər Təhsil İdarəsi, Naftalan şəhər, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (İdara Gəncə şəhərində yerləşməklə); 

- Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi (İdarə Bərdə rayonunda yerləşməklə) 

- Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax-Tovuz Regional Təhsil İdarəsi (idarə Şəmkir rayonunda yerləşməklə); 

- Xaçmaz, Quba, Qusar, Siyəzen və Şabran rayon təhsil şöbələrinin əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi (idarə Quba rayonunda yerləşməklə); 

- Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi (idarə Lənkəran şəhərində yerləşməklə). 

- Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon tahsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi (idarə Yevlax şəhərində yerləşməklə); 

- Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil-Muğan Regional Təhsil İdarəsi (idarə Sabirabad rayonunda yerləşməklə): 

- Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki - Zaqatala Regional Təhsil İdarəsi (İdarə Şəki şəhərində yerləşməklə); 

- Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi (İdarə müvəqqəti olaraq Bakı şəhərinda yerləşməklə) 
- Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan-Salyan Regional Təhsil İdarəsi (İdarə Salyan rayonunda yerləşməklə). 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO