İsmayıllıda atları kəsib, ətini Bakıda satmaq istəyən şəxs saxlanılıb - FOTO

İsmayıllıda atları kəsib, ətini Bakıda satmaq istəyən şəxs saxlanılıb - FOTO

Hazırda oxunan: İsmayıllıda atları kəsib, ətini Bakıda satmaq istəyən şəxs saxlanılıb - FOTO

61995

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində yaşadığı ünvanda qanunsuz ət kəsimi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayon sakini Rüstəm Həmzəyevin yaşadığı ünvana baxış keçirilərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan dörd baş ata məxsus ət, eləcə də həmin atların başları aşkarlanıb.

Ev sahibi ifadəsində həmin ətləri sümükdən ayıraraq Bakı şəhərində satmaq məqsədində olduğunu bildirib.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ətlərdən müvafiq nümunələr götürülərək müayinə üçün laboratoriyaya göndərilib.

Faktla bağlı təhqiqat araşdırmaları aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO