Göyçayda karantin rejimi ilə bağlı reyd keçirildi - FOTO

Göyçayda karantin rejimi ilə bağlı reyd keçirildi - FOTO

Hazırda oxunan: Göyçayda karantin rejimi ilə bağlı reyd keçirildi - FOTO

61984

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarət-yoxlama tədbirləri həyata keçiriblər.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı ictimai nəqliyyatdan istifadə edən şəxslərlə izahedici söhbətlər aparılıb. Rayondaxili marşrut avtobuslarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada polis karantinlə bağlı REYD keçirdi - FOTO


Onlar avtobuslardan düşürülüb və barələrində inzibati tənbeh tədbirləri görülüb.

Həmçinin, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb ediliblər.

Mağazalarda, ictimai iaşə obyektlərində, eləcə də digər qapalı məkanlarda tibbi maskalardan istifadə etməyən satıcılar aşkarlanıb,onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Mövcud qayda və tələblərə riayət etməklə fəaliyyət göstərməyin vacibliyi bir daha həmin şəxslərin diqqətinə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO