Əlibaba Məmmədov vəfat etdi

Əlibaba Məmmədov vəfat etdi

Hazırda oxunan: Əlibaba Məmmədov vəfat etdi

61982

Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, o, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub.

Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində təhsil alıb.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988 illərdə “Azkonsert birliyi”nin solisti olub.

O, 100-dən artıq mahnı və təsniflər yaradib ki, onlar xanəndələrin repertuarlarına daxil edilib.

Əlibaba Məmmədovun xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, Azərbaycan SSR Əməkdar artisti (18 may 1963), Azərbaycan SSR Xalq artisti (17 may 1989) fəxri adlarına, "Şöhrət" ordeni (4 fevral 2000), "Qızıl çinar" beynəlxalq mükafatı (10 may 2009"), İstiqlal" ordeni ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO