“Vətənpərvərlik teorist düşüncə ilə səhv salınır” - Psixoloqdan valideynlərə sərt REAKSİYA

“Vətənpərvərlik teorist düşüncə ilə səhv salınır” - Psixoloqdan valideynlərə sərt REAKSİYA

Hazırda oxunan: “Vətənpərvərlik teorist düşüncə ilə səhv salınır” - Psixoloqdan valideynlərə sərt REAKSİYA

61941

Yaşadığımız dünya heç də hər kəsə adil davrana bilmir. Fərqli coğafiyalarda gün ərzində demək olar ki, çox qəribə hadisələr cərəyan edir. Kimisi firavan, bolluq-bərəkət, sülh içində yaşayarkən, kimisi isə silah, bomba səsləri altında böyüyür və səfalətlər içərisində ömür sürür. Təəssüflə qeyd etmək olar ki, müasir dövrümüzdə ikinci qəbildən olan hadisələr hələ də davam etməkdədir. 

Psixoloq Mədinə Rəsul Bizim.Media-ya müharibənin insan psixologiyasına vurduğu zərbələrdən danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Kişi ol, kişilər ağlamaz!” ifadəsi uşaqları aqressiv edir - PSİXOLOQ


Onun sözlərinə görə, həmin situasiyalarda daha çox uşaqlar ağır zərbələr alır:

“Uşaqlarda ən aktiv hiss qorxu hissidir. Müharibəni görən uşaqlar bu hissə 2 cür reaksiya verə bilirlər. Onlar valideynlərini, yaxınlarını itirməkdə qorxurlar və bu onlarda güvən problemi yaradır. Zaman keçdikcə bu psixoloji problem öz yan təsirlərini göstərir. Bu travma ilə böyüyən şəxs özü valideyn olduqda belə, güvənsiz bağlanma problemini həyatyoldaşına və uşaqlarına yansıda bilər. Çünki bu proses zəncirvaridir. İkincisi isə qorxu hissinin ağır şəkildə keçirilməsidir. Güclü qorxu hissini keçirən uşaqlarda patoloji hallar anorez(anoreksiya), kəkələmə və digər nevrotik xəstəliklər yarana bilər”.

Psixoloqun sözlərinə görə, valideynlərin çoxu oğlan övladlarını vətənpərvərlik adı altında həddindən artıq döyüş əzmində yetişdirirlər. Bu da sonda müharibə kimi acı nəticələrə səbəb ola bilir:

“Bütün psixoloji problemlərimizin çoxu uşaqlıq illərimizə dayanır, uşaqlıq dövründə aşılanan bu tip xüsusiyyətlər bugünkü müharibəyə, fəlakətlərə böyük təsir göstərir.


Oyun terapiyalarında müşahidələrim zamanı görürəm ki, tank oyuncağını götürən uşaq əksərən nələrisə dağıtmağa meyilli olur. Özündən soruşanda ki, dağıtdığın evin, əşyaların içində insanlar, canlılar var, əksərinin cavabı “onlar düşmənimizdir” olur. Valideynlərin diqqətinə çatdırmaq istəyirəm ki, övladlarınıza daha çox sevgi dolu olmağı aşılayın. Əgər onlar vətənpərvərlik teorisini döyüşmək, öldürmək kimi yox, sülh-əminamanlıq yolunda aşılasaydılar, bu gün müharibə səbəbindən həyatını itirmiş şəxslər yaşamış olardı”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO