Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda 20 avtobusun hərəkət sxemi dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda 20 avtobusun hərəkət sxemi dəyişdiriləcək

Hazırda oxunan: Sərnişinlərin NƏZƏRİNƏ - Bakıda 20 avtobusun hərəkət sxemi dəyişdiriləcək

61859

Xocalı soyqırımının 30-cu ildönümü günü keçiriləcək anım tədbiri ilə əlaqədar paytaxtın mərkəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırıldığından bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti sxemi də müvəqqəti dəyişdirilir.  

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.  

"Dəyişiklik, ümumilikdə, 20 müntəzəm marşrut xəttini (1, 2, 4, 5, 6, 10, 18, 21, 30, 32, 46, 49, 53, 65, 88, 125, 127, 175, 205 və H1) əhatə edir.

Qeyd olunan müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək. Dəyişiklik 26.02.2022-ci il səhər saat 07:00-dan başlayaraq məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək", - məlumatda qeyd edilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO