Savaş istəyi ilə yanan BÜRCLƏR – İlk BEŞLİKDƏ kim var?

Savaş istəyi ilə yanan BÜRCLƏR – İlk BEŞLİKDƏ kim var?

Hazırda oxunan: Savaş istəyi ilə yanan BÜRCLƏR – İlk BEŞLİKDƏ kim var?

61744

Həyat mübarizədir və mübarizə edərkən insan güclü olmalıdır. Bəzi insanlar öz mənafelərini düşünən, qisas və döyüşçü ruhlu olurlar.

Maraqlıdır, belə bürclər hansılardır?

Qoç: Həyata qarşı möhkəm dayanan bürclərdən biri də Qoçdur. Onlar heç kimdən asılı olmaq istəmirlər. Güclərini azadlıqlarından alırlar.

Buğa: Əyilməzdir, döyüşçü ruha malikdir və qürurludur. Qarşısında kim olursa olsun, xoşuna gəlməyən bir vəziyyətdə ayağa qalxmaqdan çəkinmir.

Əkizlər: Əkizlərin gücü elmdədir, odur ki, onları cəsarətlə intellektuallar klanına aid etmək olar. Onlar hər şeyi bilmək istəyir. Əkizlər hər gün müxtəlif ola bilər. İşlərində savaş ruhludurlar. Onların qərarsızlığı bəzən qarşılarındakı insanla necə davranmalarını çətinləşdirir. 

Xərçəng: Xərçənglər həddindən artıq sədaqətlidirlər. Keçmişdə yaşadıqları neqativ hadisələr bu bürclərə daha irəliyə getməyə mane olur. Döyüş ruhuna neqativlərlə rastlaşanda sipərlənə bilirlər. Baş verən ixtilaf və ya xoşagəlməz olaylara görə həm özlərini, həm də səbəb olanları bağışlamaqda çətinlik çəkirlər. 

Şir: Güclü Şir bürcləri asanlıqla məhv edilmir. Onlar öz daxili aləmlərində qərarlıdırlar. Onlar zəmanətdir və qalibdirlər.

Əqrəb: Əqrəb insanları döyüşçüdür. Vəziyyət nə olursa olsun, onlar mübarizəni seçirlər. Həddindən artıq soyuqqanlı və təkəbbürlüdürlər. İstənilən münaqişə ocağının mərkəzində olmağı sevirlər. Kimsə onları incidəndə döyüşçü və qisasçıdırlar. İşlərinə gələndə murdar xislətlərini işə salmağı bacarırlar. Amma qarşılarındakı gücə görə qorxaq da sayıla bilərlər. 

Qız: Döyüşməyi və savaşmağı sevmirlər. Sakit ruhlu olan bu bürcün nümayəndələri nizam prinsiplərini, ağılın hisslər və özünütərbiyə üzərində qələbəsini təcəssüm etdirirlər. Bəzən qısqanclıqla qarşıdurma yarada bilərlər.

Tərəzi: İntriqanı, döyüşü və savaşı sevirlər. Münaqişəli məkanlarda olmağa həvəslidirlər. Amma gərginliyi dəf etməkdə usta və mahirdirlər. Bəzən öz ətrafının mükəmməl olması üçün casus da ola bilir. Tərəzi yatıb oyanandan sonra onun üçün bütün çətinliklər yox olur.   

Oxatan: doğulduqları andan nikbindirlər və həyatdan zövq alırlar. Mübarizəni sevirlər, hətta bu, onların həyat devizidir. Oxatanlardan heç kimə təhlükə gəlmir. Amma hadisələri şişirtməyə, fürsətdən yararalanıb prosesi qızışdırmağa meyllidirlər. 

Oğlaq: Mehribanlığın və isti münasibətin tərəfdarıdır. Az hallarda döyüşçü ola bilirlər. Sevdiyi insanları qıcıq etməkdə həvəsli və maraqlıdırlar. Amma onlardan hər hansı təhlükəni görmək mümkün deyil.

Dolça: Üsyankar təbiətə malikdirlər. Keçmiş haqqında düşünmürlər. Mütərəqqi və inqilabçı olduqları üçün uğur qazana bilirlər. Adətən eqoistdilər və öz mənliklərinin üzərindən keçmələri üçün illərini sərf edə bilirlər.

Balıqlar: Döyüşü və müharibəni kənardan izləməyi sevsələr də, incə ruhları itkiləri qəbul etmir. Baş verən hər bir dəyişlikliyə hazırdırlar. Bəzən həddindən artıq təmkinli olsalar da, onlara qarşı yönələn mübarizədə savaşçı ola bilirlər. Amma bu, çox sürmür. Çünki həssas və kövrək qəlbləri unudulmaz ağrı ilə göynəyir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO