Mehriban Əliyeva COVID-19 ilə bağlı vəziyyət HAQDA:

Mehriban Əliyeva COVID-19 ilə bağlı vəziyyət HAQDA: "Azərbaycanda son dalğa azalır"

Hazırda oxunan: Mehriban Əliyeva COVID-19 ilə bağlı vəziyyət HAQDA: "Azərbaycanda son dalğa azalır"

61698

"Hazırda vəziyyətə görə demək olar ki, Azərbaycanda son dalğa azalmaqdadır".

Bizim.Media xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə COVID-19 ilə bağlı danışarkən deyib.

"Lakin maraqlıdırsa, mən bir qədər təcrübəmiz barədə danışa bilərəm, çünki Azərbaycan da daxil olmaqla, bütün ölkələrin qarşılaşdığı vəziyyət qeyri-adi idi və problem çox böyük idi. İki ildən bir qədər artıq müddət keçəndən sonra hazırda bizdə müəyyən təcrübə var və mən onu bölüşə bilərəm. Bütün bunlar başlayanda, 2020-ci ilin fevral-mart ayları idi.
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva Marqarita Simonyana: “Bu, Azərbaycan xalqının ən yaxşı xüsusiyyətlərindən biridir...”


Yəqin ki, hamınız xatırlayırsınız, müxtəlif versiyalar var idi, kimsə inanırdı, kimsə dərk edirdi, kimsə anlamırdı, inkaretmə mövcud idi. Fevral ayının sonunda biz aydın şəkildə dərk edirdik ki, nəyisə həqiqətən də çox ciddi hadisə baş verir və bu, qeyri-ordinar, təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Mən hesab edirəm ki, sonrakı işin uğurlu həyata keçirilməsinin başlıca səbəblərindən biri yəqin ki, çox peşəkar qərargahın, komandanın tez bir zamanda yaradılmasına nail olmağımızdır.

Üstəlik, aydın idi ki, burada yalnız tibb işçiləri ilə kifayətlənmək olmaz, diapazon tamamilə genişdir və hökumət üzvləri, ekspertlər, gənc alimlər, xüsusilə riyaziyyatçılardan ibarət qrup toplandı. Çünki artıq o vaxt aydın idi ki, hesablamaq, proqnozlaşdırmaq lazım olacaq”, deyə Mehriban Əliyeva qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO