Türkiyəli millət vəkili də erməniləri qınadı -  Video

Türkiyəli millət vəkili də erməniləri qınadı - Video

Hazırda oxunan: Türkiyəli millət vəkili də erməniləri qınadı - Video

61624
CHP Artvin millət vəkili Uğur Bayraktutanın ardından Ülkümən Rodoplu da Azərbaycan ordusunun erməni helikopterini vurmasını dəstəklədi. 

Bu gün Can Radyoda Doğan Bəyazgüllə Göy Qurşağı proqramının qonağı olan, CHP İzmir İl başqan müavini, 2015-ci il parlament seçkilərində millət vəkili namizdi, doktor Ülkümən Rodoplu Türkiyədə və dünyada baş verən bir sıra məsələlərə dair suallara aydınlıq gətirdi. Bu suallar içərisində üç gün əvvəl Azərbaycan sərhədlərini pozduğu üçün əsgərlərimiz tərəfindən vurularaq düşürülən erməni helikopteri məsələsidə vardı. Ülkümən Rodoplu bu sualı eşidən kimi, heç tərəddüdsüz "Azərbaycan haxlı olduğu üçün qardaşlarımızn yanındayam" dedi. CHP funksioneri illərdir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal altında olduğunu, dünyanın hələ bu mövzuya göz yumduğunu, onlara baxıb bizlərin buna göz yuma bilməyəcəyimizi xatırladaraq, "Azərbaycan bir türk dövlətidir, qanı qanımızdan canı canımızdan olan qardaşlarımızdır. Qardaşlığı bir kənara qoyaq, Dağlıq Qarabağ məsələsində Azərbaycan haxlıdır. 25 faiz torpağı işğal edilən Ermənistan deyil, Azərbaycandır. Ona görə, heç bir tərəf tutmadan Azərbaycanın haxlı olaraq yanındayıq. Heç kimin sərhəd pozmak haqqı yoxdur."

Bundan başqa, Rodoplu Azərbaycanın bütün uğurlarına sevindiyini xatırladaraq, "Qalatasaray  avropada uğur qazananda, Azərbaycanın küçələri insanlarla dolmuşdu. Millət milli bayramın keçirirdi sanki. Dünyada hansı uğurumuz olubsa, Azərbaycan, bayraqlarıyla yanımızda olub. Kədərimiz kədərləri, sevincimiz sevincləri olub. Həmçinində Azərbaycanın uğuru məni hər zaman sevindirib. Kədərləri kədərim olub. Elim sahəsində Azərbaycanın dünyadakı uğurları ilə qürurlanmışam. Bir sözlə kim nə edərsə etsin bizi ayıra bilməzlər" dedi.(aktual.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO