Maradonanın ekspertiza cavabları açıqlandı

Maradonanın ekspertiza cavabları açıqlandı

Hazırda oxunan: Maradonanın ekspertiza cavabları açıqlandı

6157

Toksikoloji araşdırma zamanı məlum olub ki, 25 noyabrda vəfat edən keçmiş argentinalı futbolçu Dieqo Maradonanın bədənində spirt və narkotik maddə olmayıb.

Bizim.Media xəbər verir ki, məhkəmə ekspertləri idmançının qanında yalnız psixotrop, antidepresant dərmanlar tapıblar. Bunlardan bəzilərinin yan təsiri aritmiyalardır.

Müstəntiqlər keçmiş futbolçunun ölüm səbəbinin xroniki ürək çatışmazlığının kəskinləşməsi nəticəsində yaranan kəskin ağciyər ödemi olduğundan müayinədə ürək xəstəlikləri ilə mübarizə üçün maddə izləri tapılmadığını qeyd ediblər.

Yarılma zamanı Maradonanın ürəyinin normadan iki dəfə çox- 503 qram olduğu müəyyənləşdirilib.

İstintaqdakı növbəti addım bu dərmanların Maradonanın əziyyət çəkdiyi xəstəliklərlə əlaqəli olub-olmadığını analiz etmək olacaq. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO