Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “2030-cu ilədək Azərbaycan elminin inkişaf Strategiyası" layihəsi hazırlanıb.
Bizim.Media xəbər verir ki, bunu AMEA prezidentinin səlahiyyətlərini icra edən akademik Arif Həşimov Akademiyanın Kimya Elmləri Bölməsinə daxil olan elmi müəssisələrin rəhbərləri ilə görüşü zamanı deyib.
“Layihənin hazırlanmasında Kimya Elmləri Bölməsi alimlərinin də olduqca böyük əməyi var. Onlar öz dəyərli təklifləri ilə bu sənədin hazırlanmasında yaxından iştirak ediblər. Layihə yaxın vaxtlarda geniş müzakirəyə təqdim ediləcək. Hesab edirəm ki, dövlət səviyyəsində layihənin təsdiqinə nail olsaq, bu, Azərbaycan elminin inkişafına mühüm töhfə olacaq”, - deyə o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:35 / 23.02.2022
Azərbaycan elminin inkişaf Strategiyası layihəsi hazırlandı
Hazırda oxunan: Azərbaycan elminin inkişaf Strategiyası layihəsi hazırlandı
Hazırda oxunan: Azərbaycan elminin inkişaf Strategiyası layihəsi hazırlandı
61532
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.