“Azərsu” və “Aztelekom”un fəaliyyəti nəzarətə götürüldü – Qurumlardan ÖZƏL AÇIQLAMA 

“Azərsu” və “Aztelekom”un fəaliyyəti nəzarətə götürüldü – Qurumlardan ÖZƏL AÇIQLAMA 

Hazırda oxunan: “Azərsu” və “Aztelekom”un fəaliyyəti nəzarətə götürüldü – Qurumlardan ÖZƏL AÇIQLAMA 

61477

Ötən gün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir neçə qurumun fəaliyyətindəki  antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. Adıçəkilən qurumlar arasında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyət də var.  

İşə baxılması zamanı “Azərsu” ASC tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün nəzərdə tutulan suölçən cihazların sakinlərlə deyil, mənzil-tikinti kooperativləri ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və sayğacların dəyərinin istehlakçılardan tələb edildiyi müəyyən olunub. 

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bizim.Media-ya açıqlamasında atılacaq addımlarla bağlı hələ müzakirələrin getdiyini diqqətə çatdırıb: 

“Aidiyyatı şöbələrimiz tərəfindən bu məsələ ilə bağlı hazırda danışıqlar gedir. Mətbuata yaxın günlərdə açıqlama verəcəyik”.
 

MÖVZU İLƏ BAĞLI:

"Azərsu" abunəçilərinin sayı 5% artdı


“Aztelekom” ASC isə bu sahədə olan narazılıqları aradan qaldıracağını bildirilib. Qurumdan Bizim.Media-ya bildirilib ki, “MMC tərəfindən telekommunikasiya fəaliyyətinin rəqəmsal transformasiya siyasətinə uyğun təşkilinin, həmçinin dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahədəki narazılıqları aradan qaldıracaq.

Xidmətlərin istehlakçılara çatdırılması prosesində özəl provayderlərin daha geniş iştirakına şərait yaradılacaq.

Qeyd edək ki, artıq hər iki qurum haqqında ümumi qərarlar qəbul olunub. Həmin qərarların “Aztelekom” ASC-dən 30 aprel 2022-ci il tarixədək təmin edilməsi tələb olunur. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO