Müharibəyə könüllü gedənlərə veteran statusu veriləcəkmi? – Nazirdən iddialara CAVAB 

Müharibəyə könüllü gedənlərə veteran statusu veriləcəkmi? – Nazirdən iddialara CAVAB 

Hazırda oxunan: Müharibəyə könüllü gedənlərə veteran statusu veriləcəkmi? – Nazirdən iddialara CAVAB 

61471

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 44 günlük Vətən müharibəsində könüllü iştirak edən şəxslərə “Müharibə veteranı” statusunun verilməməsinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, burada hər hansı könüllü və ya qeyri-könüllü kateqoriyası yoxdur:

“Müharibə veteran” statusu veriləcək şəxslərin konkret kateqoriyaları var. Bu da normativ hüquqi aktlarla təsbit edilib”.

O qeyd edib ki, həmin şəxslərin “Müharibə veteranı” statusunu müəyyən edən xidmət keçdiyi və ya işlədiyi qurumdur:

“Könüllü olaraq döyüşə gedən də hansısa hərbi hissəyə təhkim olunub. Ona görə də həmin qurumlar qanunvericilikdə olan kateqoriyalar üzrə siyahıları müəyyənləşdirir”.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında könüllü iştirak etmiş bəzi şəxslər onlara “Müharibə veteranı” adının verilməyəcəyi barədə sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO