Həbsdəki keçmiş icra başçısı müavininin cəzası 3 ay azaldıldı

Həbsdəki keçmiş icra başçısı müavininin cəzası 3 ay azaldıldı

Hazırda oxunan: Həbsdəki keçmiş icra başçısı müavininin cəzası 3 ay azaldıldı

61435

Ağstafa rayonunun həbsdə vəfat edən keçmiş icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun apellyasiya şikayətinə baxılıb.

Bizim.Media xəbər verir ki, Gəncə Apelyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ramiz Tatarova Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə bəraət verilib. Bundan başqa, onun əmlaklarının bir qisminin üzərində olan həbs götürülüb.

Yekun olaraq Ramiz Tatarovun cəzası 3 ay azaldılıb. Onun üzərində qəti olaraq 8 il 3 ay cəza saxlanılıb.

Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO