Aqrar Universitet İSO sertifikatı qazandı - FOTO 

Aqrar Universitet İSO sertifikatı qazandı - FOTO 

Hazırda oxunan: Aqrar Universitet İSO sertifikatı qazandı - FOTO 

61419

“Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış 21001:2018 “Təhsil təşkilatları üçün idarəetmə sistemləri – İstifadə üzrə rəhbərlik və tələblər” beynəlxalq standartı üzrə sertifikatını qazanıb.  

Bizim.Media xəbər verir ki, təqdimat mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə bu sertifikatı almağı kollektiv üçün vacib hadisə kimi dəyərləndirib:  

“Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə ADAU-nun bu sertifikata layiq görülməsi bütün kollektivimiz üçün əlamətdar hadisədir.

İSO 21001:2018 beynəlxalq standartının tətbiqinin universitet üçün bir çox faydaları olacaq. Bu yeni bir səviyyədir və çalışmalıyıq ki, bundan sonra da işlərimizi bu beynəlxalq səviyyənin standartlarına uyğun quraq”. 

Rektor əlavə edib ki, bu standart müxtəlif növ təhsil müəssisələrində effektiv və rahat idarəetmə sistemi modelinin tətbiqinə, təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına, bütövlükdə təşkilatda innovasiyaların inkişafının stimullaşdırılmasına kömək etmək üçün lazımdır. 
Sonra çıxış edən İNSERT Beynəlxalq Sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov qeyd olunan standart üzrə ISO sertifikatını alan ilk ali təhsil müəssisəsi kimi ADAU-ya uğurlar arzu edib və əlavə edib ki, bu sertifikat Azərbaycan Dövlət Aqrar Universiteti üçün yeni imkanlar açılmasında, bu təhsil müəssisəinin beynəlxalq arena daha da tanınmasında və inkişaf etdirilməsində yardımçı olacaq.   

Sonda Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış 21001:2018 “Təhsil təşkilatları üçün idarəetmə sistemləri – İstifadə üzrə rəhbərlik və tələblər” beynəlxalq standartı üzrə sertifikatı universitetə təqdim olunub. 

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO