Azərbaycandakı 50-dən çox İran mağazası qanunu necə POZUR? – Dövlət qurumlarına ŞİKAYƏT

Azərbaycandakı 50-dən çox İran mağazası qanunu necə POZUR? – Dövlət qurumlarına ŞİKAYƏT

Hazırda oxunan: Azərbaycandakı 50-dən çox İran mağazası qanunu necə POZUR? – Dövlət qurumlarına ŞİKAYƏT

61334

“İrandan idxal olunan malların etiket məlumatları tam yarıtmaz vəziyyətdədir”.

Bu açıqlama ilə Bizim.Media-ya “Azad İstehlakçılar” İctimayi Birliyinin (AİİB) rəhbəri Eyyub Hüseynov çıxış edib.

Onun sözlərinə görə uzun illərdir ki, müxtəlif dövlət orqanlarına yazılı müraciətlər göndərir. Vətəndaşlarımızin milli dildə məlumat alma hüququnun de-fakto olaraq tanınması barədə tədbirlər görülməsinə dair təkliflər versə də, məsələ həll olunmur:

“İlkin olaraq malların milli dildə markalanması məsələsini İrandan idxal olunan  ərzaq malları üzərində cəmləşdirməkdən başlamaq niyyətindəyik. Ən acınacaqlı hal İrandan idxal edilən ərzaq mallarındadır. Əğər dövlət qurumları qanunun yerinə yetirilməsinə dəstək versə, digər çoxsaylı mal və xidmətlərə də keciləcək”. 

Eyyub Hüseynov xatırladıb ki, 24 il ərzində AİİB UNİCEF-in köməyilə yalnız körpə qidalarının milli dildə markalanmasına nail olub:

“Bu cox azdır! Ofisimizə istehlakçılar tərəfindən gətirilən İranda istehsal olunan ərzaq mallarının markalanmasına diqqət yetirdikdə Azərbaycan dilindən başqa digər dillərdə məlumat olduğu görünür. İstehsal və son istifadə tarixlərinin fars əlifbası ilə yazıldiğını görürük. Şübhəsiz ki, bu istehsalcı tərəfindən bilərəkdən, şüurlu şəkildə edilir ki, malını “ölməz etsin”. Azərbaycan istehlakçılarının belə sadəlövlüklə aldanması səbəbsiz deyil. Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır. Düşünür ki, yararlılıq vaxtı keçmiş mal satıla bilməz. Əfsus ki, bu inam özünü doğrultmur və istehlakçıların İran ərzaq mallarından zəhərlənməsinə dair məlumatlar da mövcuddur.
 

Üstəlik neqativ halların qarşısını almağa cavabdeh olan dövlət qurumları əməkdaşlarının mediada pafoslu cıxışlarına da rast gəlirik”. 


Eyyub Hüseynov əlavə edib ki, Azərbaycanda dövlətimizin qanunlarını pozan 50-dən çox İran dükanlar şəbəkəsi mövcuddur:

“Bu dükanların bəziləri topdansatış şəbəkələridir. İran ərzaq malları satışı şəbəkələrində ciddi monitorinqlərin keçirilməsi, ölkəyə idxal olunmuş qeyd olunan nöqsanlı malların satış şəbəkələrindən geri çağrılıb, ictimaiyyətin gözü önündə kütləvi məhv edilməsi, Gömrük Komitəsində çalışan əməkdaşların diqqətinin bu məsələyə cəlb edilməsinə zərurət yaranıb”. 

AİİB-in məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə  müraciətlər göndərib. 
 

Xatırladaq ki, “Dövlət dili haqqında” qanunun 7.3. maddəsində qeyd olunub ki, Azərbaycan ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. 


İstehlakçı xüsusən, ərzaq malları haqqında məlumatı birbaşa malın etiketindən alır.

İstehlakçının beynəlxalq və yerli hüquqlarından biri məhz mal haqqında milli dildə informasiya almaqdır. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO