Qubada kəsilən ağaclar barədə yeni TƏFƏRRÜAT - FOTO

Qubada kəsilən ağaclar barədə yeni TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Qubada kəsilən ağaclar barədə yeni TƏFƏRRÜAT - FOTO

0:00
0:00
61284

Qubanın Vladimirovka kəndi ərazisində ağacların qırılması faktı ilə bağlı araşdırmalar davam edir.

Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii  Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi ekologiya və təbii sərvətlər idarəsi ağacların qırıldığı sahənin mülkiyyətini ayırd eləmək üçün Vladimirovka kənd bələdiyyəsinə və Quba regional meşə təsərrüfatı idarəsinə müraciət edib.

Kəsinti yerinin hansı quruma aid olması müəyyən edildikdən sonra idarə Qubanın hüquq-mühafizə orqanlarına rəsmi müraciət ediləcək.

Çünki kütləvi şəkildə qırılma qeydə alınan sahənin sahibkara məxsus olması deyilsə  də qoruyucu yaşayış zolağı olması da istisna edilmir.

Qeyd edək ki, Qubanın Dağlı kəndindən Vladimirovka kəndinə gedən su arxının yanındakı yaşıllıq zolağında qanunsuz ağac qırılması qeydə alınıb. 
Qubanın "Şəfəq" qəzetinin redaktoru Qəhrəman Qasımov bu faktı müşahidə edərək Bizim.Media-ya məlumat vermişdi. Ərazidə xeyli sayda sağlam  akasiya və göyrüc ağacları kəsilib.

Ekoloqların qırıntı yerinə çağrılmasından sonra əli baltalı fəhlələr ərazidən uzaqlaşmışdı.

Aytəkin Alxaslı, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO