Ötən gün 38 yanğın olub - VİDEO

Ötən gün 38 yanğın olub - VİDEO

Hazırda oxunan: Ötən gün 38 yanğın olub - VİDEO

0:00
0:00
61271

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Bizim.Media-ya bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.

Ötən sutka ərzində 1 nəfər xilas olunub, həmçinin yanğınlar zamanı Ağdaş rayonunun Aşağı Ləki kəndində 1935-ci il təvəllüdlü Həşimova Bəsdə Eybur qızının və Şəki şəhərində 1962-ci il təvəllüdlü Mustafayev Rüstəm Nürəddin oğlunun meyitləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO