Azərbaycanlı müəllimlərin Ermənistanda dilimizi tədris etməsi iddialarına ermənişünas alimdən MÖVQE

Azərbaycanlı müəllimlərin Ermənistanda dilimizi tədris etməsi iddialarına ermənişünas alimdən MÖVQE

Hazırda oxunan: Azərbaycanlı müəllimlərin Ermənistanda dilimizi tədris etməsi iddialarına ermənişünas alimdən MÖVQE

61175

Xəbər verdiyimiz kimi, Ermənistanda 2030-ci ilə kimi nəzərdə tutulan Təhsil Strategiyası layihəsində qonşu ölkələrin dillərinin orta məktəblərdə icbari tədrisi nəzərdə tutulub. Maraqlı məqamsa ondan ibarətdir ki, erməni deputatlar arasında daha çox Azərbaycan və türk dillərinin tədrisi məsələsi müzakirə predmeti olub.

Onu da qeyd edək ki, erməni ekspertlər Azərbaycan və türk dillərində icbari tədrisin təşkil olunması üçün sözügedən ölkələrdən mütəxəssislərin gətirilməsi ehtimalını irəli sürüblər.

Ermənistanda dilimizin tədrisinə artan maraqla bağlı Bizim.Media ilə fikirlərini bölüşən Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdininin sözlərinə görə, hal-hazırda da Ermənistanda Azərbaycan dili tədris olunur:
 

MÖVZU İLƏ BAĞLI:

Türkləri İrəvanda gözləyən TƏHLÜKƏLƏR – Ermənilər hansı PLANI hazırlayıb? 


“Lakin bu kurslar səviyyəsindədir. İndi isə parlamentdə bununla bağlı təklif irəli sürülüb. Layihə qəbul olunacaq, ya yox hələlik bəlli olmasa da, iqtidar partiyasının deputatları sayca üstün olduqları üçün yəqin ki, təsdiqləyəcəklər.

Burada məqsəd, böyük ehtimalla, Azərbaycana qarşı bizim dilimizdə ideologiyanı gücləndirməkdən ibarətdir. Bizim mərkəzdə də erməni dilinin tədrisi nəzərdə tutulur və devizimiz belədir: düşmənlə öz dilində mübarizə aparmaq üçün onun dilini öyrənirik. Onlar da yəqin ki, oxşar məqsədlə bu addımı atırlar”.

Alim erməni ekspertlərin azərbaycanlı mütəxəssislərin tədrisə cəlb olunması ehtimallarına da münasibət bildirib:

“Bu absurddur. Tanıdığım, Azərbaycan dilini bilən erməni ekspertlər var və onlar inanmıram ki, bizim mütəxəssislərin Ermənistana getməsinə imkan versinlər. Necə ki, bu gün bizim deputatların İrəvana səfərinə qarşı etiraz aksiyası keçirirək, “türkün ayağı bura dəyməsin” şüarları səsləndirirdilər. Mən məmnuniyyətlə gedərdim. Lakin təhdid altında olacağımı bildiyim üçün bu addımı atmaram. Eyni zamanda onlarda o qədər dilimizi bilən ekspertlər var ki...”

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO