Azad edilən ərazilərdə daha 42 mina aşkarlandı

Azad edilən ərazilərdə daha 42 mina aşkarlandı

Hazırda oxunan: Azad edilən ərazilərdə daha 42 mina aşkarlandı

61117

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, fevralın 14-dən 19-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 27, tank əleyhinə 15 mina və 233 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 115,8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO