Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.
Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb.
Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.
Bundan başqa araşdırmalar zamanı piyadalara yol verməyən sürücülər də aşkar edilərək barələrində müvafiq təbrilər görülüb. Reyd zamanı 11 sürücü cərimələnib.
Məqsəd Rəhimov, Bizim.Media