Gəncədə qəhrəman veteranın 100 yaşı qeyd edildi - FOTO

Gəncədə qəhrəman veteranın 100 yaşı qeyd edildi - FOTO

Hazırda oxunan: Gəncədə qəhrəman veteranın 100 yaşı qeyd edildi - FOTO

60955

Böyük Vətən Müharibəsi iştirakçısı Tofiq Hüseynov bu gün 100 yaşını qeyd edib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 100 yaşlı veteranı ziyarət edib. 

Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədovun da iştirak etdiyi görüş zamanı Tofiq Hüseynovun  keçdiyi döyüş və həyat yolundan bəhs olunub. 

Niyazi Bayramov  bildirib ki, 100 yaşı olmasına baxmayaraq, veteran yenə də ictimai fəaliyyətlə məşğuldur. Belə ki, Tofiq Hüseynov hazırda  Gəncə şəhər Nizami rayon Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır.  

Şəhər rəhbəri qocaman qəhrəmanı 100 illik münasibətilə təbrik edərək, ona cansağlığı arzulayıb. 

Tofiq Hüseynov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını ifadə edib.

O bildirib ki, həyatında ən  böyük  arzusu Zəfər bayramında iştirak etmək olub. 2020-ci il 8 Noyabr tarixində bu arzusuna çatdığı üçün Ali Baş Komandan, Prezident İlham Əliyevə və Ordumuza dərin təşəkkürünü bildirib. 

Daha sonra  icra başçısı Tofiq Hüseynovu Gəncə şəhərinin ictima-siyasi həyatında səmərəli fəaliyyəti və 100 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib.

Bununla yanaşı, veterana Ad günü münasibətilə şəhər rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, Hüseynov Tofiq Paşa oğlu 1922-ci ilin fevral ayında Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb.

At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. 

Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO