İcbari sığorta ilə bağlı əlavə tələblər müəyyənləşdi – RƏSMİ  

İcbari sığorta ilə bağlı əlavə tələblər müəyyənləşdi – RƏSMİ  

Hazırda oxunan: İcbari sığorta ilə bağlı əlavə tələblər müəyyənləşdi – RƏSMİ  

60884

Azərbaycan Mərkəzi Bankı (AMB) icbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün əlavə tələbləri müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, bu, AMB-nin İdarə Heyətinin "İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”in təsdiq edilməsi barədə" qərarında əksini tapıb.

Qərara əsasən, sığortaçıya hər hansı icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün o, Azərbaycan Respublikasının aşağıdakı hər bir iqtisadi rayonuna daxil olan rayon və (və ya) şəhərlərdən ən azı birində zərərlərin tənzimlənməsi üçün lazımi imkanları olan filial və ya nümayəndəliyə malik olmalıdır: 
 

MÖVZU İLƏ BAĞLI:

İstehsalat qəzalarında zərərçəkənlərin sığortasını kim verməlidir?


- Bakı iqtisadi rayonu (Bakı şəhəri); 

- Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları); 

- Abşeron-Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları); 

- Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); 

- Gəncə-Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); 

- Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları); 

- Qazax-Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); 

- Quba-Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); 

- Lənkəran-Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); 

- Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları); 

- Mil-Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları); 

- Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); 

- Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); 

- Şirvan-Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları). 

Sığortaçının baş ofisinin yerləşdiyi rayon və ya şəhərin daxil olduğu iqtisadi rayonda filial və nümayəndəliyin açılması tələb olunmur. 

Sığortaçıya Qanunda nəzərdə tutulmuş hər hansı icbari sığorta növünün aparılmasına icazə verilməsi üçün onun elektron informasiya sistemi İcbari Sığorta Bürosunun elektron informasiya sisteminə veb-servis vasitəsilə qoşulmaq imkanına malik olmalıdır. 

Tələblərin qüvvəyə mindiyi günə İcbari Sığorta Bürosunun üzvü olan sığortaçılar iqtisadi rayonlar üzrə mövcud filial və nümayəndəliklərinin yerləşdirilməsini 6 ay müddətində Tələblərə uyğunlaşdırmalıdırlar.

İqtisadi rayonun bütün şəhər və rayonlarında giriş-çıxışın xüsusi rejimi tətbiq edildikdə Tələblər həmin rejim müvafiq iqtisadi rayona daxil olan hər hansı rayon və şəhərdə başa çatdıqdan 6 ay sonra tətbiq edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO