Peyvənd növbələrinin SƏBƏBİ – Bunun bir ucu Çar Rusiyasına gedib çıxır

Peyvənd növbələrinin SƏBƏBİ – Bunun bir ucu Çar Rusiyasına gedib çıxır

Hazırda oxunan: Peyvənd növbələrinin SƏBƏBİ – Bunun bir ucu Çar Rusiyasına gedib çıxır

60865

Nazirlər Kabinetinin “Peyvənd sertifikatı” ilə bağlı verdiyi 30 dekabr 2021-ci il qərarına baxmayaraq, insanlar bundan iki ay sonra, peyvənd sertifikatlarının etibarlı sayıldığı son gün xəstəxanalara axın edib. Buster dozun vaksinasiya qəbulunda izdiham yaşanıb.

Bu son olayı da seyr etdikdən sonra, istər-istəməz klasik halımızla bağlı belə bir sual yaranır:

Azərbaycanlılar niyə bir ayın işini bir günə sığışdırmaqda israrlıdırlar?

Mövzu ilə bağlı tanınmış psixoloq Tariyel Faziloğlu Bizim.Media-a danışıb. O bildirib ki, xalqımızın sovet dönəmindən gəlmə belə bir problemi var.
 

MÖVZU İLƏ BAĞLI:

Peyvəndlənən vətəndaşlar tibbi müayinədən KEÇİRİLMİR – Tibb bacısından ABSURD CAVAB


“İnsanların baş verən proseslərə bağlı neytral qalması - çar Rusiyası və ardınca sovet dönəmi zamanı yaranmış sindromdur. Bu mürtəcelərin xalqı həmişə əzməyə çalışması ilə əlaqəlidir. Dövlət orqanlarına qarşı inamsızlıq, müəyyən məsələlərə qarşı “özünümüdafiə” bloku insanlarda bu cür duyarsızlaşmaya səbəb olub. Çünki bir çox hallarda gözlədikləri zaman aktual məsələnin unudulub gedəcəyini düşünürlər”.

Tariyel Faziloğlu qeyd edib ki, insanların şəxsi həyatında isə hadisələr belə cərəyan etmir:

“Xalq özü ilə bağlı məsələlərdə isə heç nəyi axıra kimi gözləmir, hətta tələsirlər. Tələsik həyat yaşayırlar. Dövlətin ümumi şəkildə tələblərinə isə “dırnaqarası” baxırlar. Bu indinin problemi deyil, keçmişin, keçmişdən gələn problemdir. Görünür ki, bu problem hələ uzun müddət davam edəcək”.

Problemin həll üsullarından söz açan Faziloğlu bildirib ki, bu məsələnin həlli bir az geniş prosesdir:

“Xalqın inzibati proseslərə güvənini formalaşdırmaq lazımdır. Vətəndaş-dövlət münasibətlərini loyallaşma mərhələsindən keçdikdən sonra qoyulan tələblər qarşısında insanlarda məsuliyyət anlayışı yaranacaq”.

Bəzi siyasi-fəlsəfi araşdırılmalarda qeyd olunur ki, müstəqilliyinə sonradan qovuşmuş xalqlar arasında bu proses 50-100 il arasında formalaşır. Azərbaycanlılar kimi köklü millətlərin bu prosesdə üstünlüyü olsa da bəzi qarışmış ənənələrin ümumiləşdirilməsinə və arınmasına ehtiyac da yaranır. Yəni, bir xalq olaraq işlərimizin həllini son günə saxlamaq adəti qazanılmış pis vərdişdir və bunun tərbiyyə olunmasına vaxt lazımdır.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO