Bakı Slavyan Universitetinin (BSU) yeni rektoru Anar Nağıyev təhsil müəssisəsinin kollektivinə təqdim edilib.
Təhsil Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, rektoru təqdim edən təhsil naziri Emin Əmrullayev dövlət başçısının müvafiq sərəncamını diqqətə çatdıraraq Anar Nağıyevi bu münasibətlə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakı Slavyan Universitetinə rektor təyin edildi
Təhsil naziri Anar Nağıyevin rəhbərliyi ilə unikal ali təhsil müəssisəsi olan BSU-da son zamanlar həyata keçirilən yeniliklərin, islahatların davamlı olacağına və bu ali təhsil müəssisəsinin keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olacağına inamını ifadə edib.
Nazir bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı müvafiq tövsiyələrini verib.
Bizim.Media