Qubadlının ilk hərbçi şəhidi Mehman Ağayarovun şəhadətindən 30 il keçir - VİDEOREPORTAJ

Qubadlının ilk hərbçi şəhidi Mehman Ağayarovun şəhadətindən 30 il keçir - VİDEOREPORTAJ

Hazırda oxunan: Qubadlının ilk hərbçi şəhidi Mehman Ağayarovun şəhadətindən 30 il keçir - VİDEOREPORTAJ

60796

Qubadlının ilk hərbçi şəhidi Mehman Müseyib oğlu Ağayarov unudulmaz komandir Əliyar Əliyevin batalyonunda vuruşub. Keçən əsrin 80-90-cı illərində erməni quldurlarının torpaqlarımıza təcavüzləri nəticəsində Mehman da ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Gorus rayonunun Şurnuxu kəndindən Qubadlıya pənah gətirib. Burada Əliyar Əliyevlə tanış olaraq düşmənə qarşı mübarizəyə qatılıb.

Düz 30 il bundan əvvəl 1992-ci ilin fevral ayının 19-da Məlikəhmədli kəndində gedən döyüşlər zamanı şəhadətə yüksəlir.

Qəhrəmanlığına, həyat yoluna həsr olunan tədbir isə Sumqayıtda yerləşən onun adını daşıyan Qubadlı rayonu Kavdadıq kənd tam orta məktəbində keçirilib.

Tədbirdə iştirak edən Qubadlı rayonunun ictimaiyyət nümayəndələri, Mehmanın döyüş yoldaşları və ailə üzvləri onun xatirəsini ehtiramla andılar və göstərdiyi igidliklərdən bəhs etdilər. Qubadlı İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev Mehman kimi igidlərimizin hünərindən danışaraq bildirib ki, indi rəşadətli ordumuz torpaqlarımızı düşmən tapdağından azad edərək bütün şəhidlərimizin ruhunu şad edib. Dövlətimiz isə Mehman kimi qəhrəmanlarımızın unudulmaması üçün əlindən gələni edir. Şəhid ailələri xüsusi qayğı ilə əhatələniblər.
 

MÖVZU İLƏ BAĞLI:

Bizim.Media Qubadlının ilk hərbçi şəhidi haqqında film hazırladı - VİDEO  


İntiqam hissi ilə yaşayan Mehmanın düşməndən qisas almaq ən böyük arzusu idi. İndi Qubadlının azad olmuş torpaqları şəhidimizin ruhuna su səpir. Bu sözləri isə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov səsləndirib.

Tədbirə təşkilatlçılıq edən Mehman Ağayarov adına Kavdadıq kənd tam orta məktəbinin drektoru Alimə Bayramova da Vətənimizin hər qarışında şəhidlərimizin, qazilərimizin xatirəsi əziz tutulduğunu bildirdi. Düşmən üzərindəki qələbəmizin əbədi olcağına əminliyni ifadə edib.

Tədbirdə Bizim.Media-nın qəhrəman övladımız haqqında hazırladığı “Qubadlının ilk hərbçi şəhidi” filmi də nümayiş olunub.

Bizim.Media portalının baş redaktoru filmin nümayişindən sonra şəhid Mehman Ağayarov kimi oğullarımızın qəhrəmanlığı sahəsində əldə olunan Böyük Zəfərdən danışıb. Torpaqlarımızın alınmasında ilk şəhidimizdən son şəhidimizə kimi hər bir oğlunun şücaətini vurğulayıb. Digər tədbir iştirakçıları, döyüş yoldaşları və ailə üzvləri də öz ürək sözlərini bölüşüblər.

Mehman Ağayarovun xatirəsinə həsr edilən tədbir sonda bir daha bu ifadənin təsdiqi ilə başa çatıb: - Şəhidlər ölməz, Vətən bölünməz!

Tədbirdən hazırladığımız daha geniş videoreportajı diqqətinizə təqdim edirik:

Şahnaz Əzizqızı, Rəşad Orucoğlu, Bizim.Media
 




























© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO