Son zamanlar iş axtaran şəxslər vakansiya üzrə şirkətlərə müraciət edərkən, işbazlıq hallarına və digər qanunsuz tələblərlə qarşılaşırlar. Belə ki, sosial şəbəkədə “SMM” agentliyinin müsahibə zamanı şəxsdən tək şəxsi deyil, qohumlarının da məlumatları tələb edilib.
“Dünən işaxtaran dostlardan biri mənimlə əlaqə saxladı ki, “Horizon Pr SMM” adlı şirkətin müsahibəsinə dəvət edilib. Müsahibədə ondan şəxsi dataları ilə yanaşı yaxın qohumlarının da məlumatları tələb olunub. İşdən mən də vaxt edib “Badamdar plaza” dakı ofislərinə yaxınlaşdım. Qarşıma özümün və yaxın qohumlarımın məlumatlarını tələb edən bir neçə vərəq qoyuldu”.
Şikayətçi şəxs həmçinin qeyd edir ki, o agentlik haqqında məlumat almaq istəsə də fəaliyyətlərinin “gizli” olduğunu qeyd ediblər.
Adıçəkilən şirkətlə əlaqə saxladıq, lakin Bizim.Media-nın bütün cəhdləri cavabsız qaldı. Bəs bu mövzuda qanunvericilik nə deyir?
Hüquq müdafiəçisi Sahib Məmmədov açıqlamasında bildirir ki, qanunvericiliklə bu hal yolverilməzdir:
“İstər dövlət, istərsə də özəl sektor olsun, insanların qohumları haqqında məlumatların istənilməsi yolverilməzdir. Sadəcə əmək kitabçası, ixtisasını göstərən sənəd-diplom bir də iş yerindən asılı olaraq, tibbi arayış və yaşayış yeri haqqında arayış tələb oluna bilər. Amma hüquq-mühafizə və digər dövlət orqanları var ki, orada şəxsin ailə üzvləri və digərləri haqqında məlumatın verilməsini tələb edir ki, bu da başa düşüləndir”.
Sahib Məmmədov işaxtaranları bu mövzuda diqqətli olmalarını diqqətə çəkərək şəxsi məlumatlarının da konfidensiallığının qanunla qorunduğunu qeyd edib.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 19.02.2022
İşverən şirkətlərdə YENİ TƏHLÜKƏ - “Qohumlarınızın da məlumatları istənilirsə...” - Hüquqşünasdan SOS - FOTO
Hazırda oxunan: İşverən şirkətlərdə YENİ TƏHLÜKƏ - “Qohumlarınızın da məlumatları istənilirsə...” - Hüquqşünasdan SOS - FOTO
Hazırda oxunan: İşverən şirkətlərdə YENİ TƏHLÜKƏ - “Qohumlarınızın da məlumatları istənilirsə...” - Hüquqşünasdan SOS - FOTO
60793
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.