Etiraz edən TIR sürücüləri 30 sutka həbs olundu

Etiraz edən TIR sürücüləri 30 sutka həbs olundu

Hazırda oxunan: Etiraz edən TIR sürücüləri 30 sutka həbs olundu

60790

Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib. 

Bizim.Media-nın Apa-ya istinadən veridiyi xəbərə görə, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər. 

Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hər iki sürücünün inzibati qaydada 30 sutka həbs olunması barədə qərar çıxarılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO