Ramiz Mehdiyevin istefası məsələsi sabah müzakirəyə çıxarılacaq – RƏSMİ  

Ramiz Mehdiyevin istefası məsələsi sabah müzakirəyə çıxarılacaq – RƏSMİ  

Hazırda oxunan: Ramiz Mehdiyevin istefası məsələsi sabah müzakirəyə çıxarılacaq – RƏSMİ  

60771

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının sabah keçiriləcəyi dəqiqləşib. 

Bizim.Media xəbər verir ki, bu barədə  AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib. 

A. Balayeva bildirib ki, iclasın gündəliyinə yalnız kadr məsələsi daxil edilib. 

Qeyd edək ki, AMEA-nın Nizamnaməsinə əsasən, Ümumi Yığıncaq onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

Buna görə də dünən AMEA-nın yaydığı rəsmi məlumatda bildirilmişdi ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək və bundan sonra iclasın gündəliyi məlum olacaq. 
AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev isə açıqlamasında bildirmişdi ki, Ümumi Yığıncaqda AMEA Prezidenti Ramiz Mehdiyevin vəzifəsindən istefa verməsi ilə bağlı ərizəsi və AMEA Prezidentinin səlahiyyətlərinin Birinci vitse-prezident Arif Həşimova həvalə olunması məsələləri müzakirə olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO