Beynəlxalq Debat Çempionatının ilk mərhələsi Azərbaycanda keçirildi - FOTO 

Beynəlxalq Debat Çempionatının ilk mərhələsi Azərbaycanda keçirildi - FOTO 

Hazırda oxunan: Beynəlxalq Debat Çempionatının ilk mərhələsi Azərbaycanda keçirildi - FOTO 

60764

Fevralın 18-ində Bakı şəhərində yerləşən Globus Center-də İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) təşkilatçılığı və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyin tərəfdaşlığı ilə fevral ayında keçirilmiş “İƏGF-ARM-nin 1-ci Debat Çempionatı”nın Azərbaycan üzrə milli mərhələsinin bağlanış mərasimi baş tutub.  

İƏT məkanında gənclərin intellektual səviyyəsinin və liderlik bacarıqlarının artırılması məqsədi daşıyan bu beynəlxalq layihə ilk olaraq ölkələr üzrə milli mərhələdə keçirilir, daha sonra hər ölkədən qalib olmuş komandaların iştirakı ilə beynəlxalq yarış baş tutur.  

Bizim.Media xəbər verir ki, İƏGF-ARM-nin təşəbbüsü ilə bu layihə milli səviyyədə ilk dəfə Azərbaycanda keçirilib. 

Azərbaycanda qazanılmış təcrübə əsasında növbəti aylarda bu yarışlar digər ölkələrdə də İƏGF ARM tərəfindən təşkil olunacaq.

Bu il üçün yarışlara yalnız Azərbaycan, Mərkəzi Asiya respublikaları və Avrasiya regionu hesab olunan bir sıra ölkələr qatılacaq. Sonrakı illərdə yarışın arealının artırılması nəzərdə tutulur.   

“Qarabağın bərpasında yerli yatırımlar xarici yatırımlardan üstün olmalıdır” mövzusunda keçirilən çempionatda Azərbaycanın aparıcı ali məktəblərində təhsil alan tələbələri təmsil edən 20-ə yaxın komanda Bakı Dövlət Universitetində debatlara qatılaraq mövzu üzrə müxtəlif təkliflərlə çıxış ediblər. 

1-ci Debat Çempionatının fəaliyyətindən bəhs edən videoçarxın nümayişindən sonra bağlanış mərasimində çıxış edən İƏGF-ARM-nin Baş director vəzifələrini icra edən Vüsal Qurbanov və Vətəndaş Cəmiyyətində Debatlar” ictimai birliyinin rəhbəri Ülviyyə Axundova iştirakçıları salamlayaraq bu tipli tədbirlərin gənclərin liderlik bacarıqlarının inkişafında, kreativ ideya və təkliflərin uğurlu mübadiləsində oynadığı rolu xüsusi vurğulayıblar. 

Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Gənclər Fondunun nümayəndəsi Qədir Xəlilov, millət vəkilləri Vüqar İsgəndərov və Müşfiq Cəfərov, eləcə də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev təbrik nitqi ilə çıxış edərək gənclərə uğurlar arzu edib, eləcə də belə tədbirlərin davamlı olmasının vacibliyini qeyd ediblər. 
Sözügedən çempionatda xüsusi istedad və bacarıq nümayiş etdirmiş komandalar mükafatlandırılıb, qaliblərə medallar və xüsusi hədiyyələr təqdim olunub.

Qalib komanda Azərbaycanın gənc təmsilçiləri qismində bu il ərzində Orta Asiya ölkələrindən birində keçiriləcək Beynəlxalq Debat Çempionatında iştirak etmək hüququ əldə edib. 

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO