Tərtərdə mina partlayışında yaralananlar AAYDA əməkdaşlarıdır - YENİLƏNİB

Tərtərdə mina partlayışında yaralananlar AAYDA əməkdaşlarıdır - YENİLƏNİB

Hazırda oxunan: Tərtərdə mina partlayışında yaralananlar AAYDA əməkdaşlarıdır - YENİLƏNİB

60760

Tərtər Rayon Prokurorluğu mina partlaması hadisəsi ilə bağlı məlumat yayıb. 

Bizim.Media daxil olan məlumatda deyilir: 

"18.02.2022-ci il tarixdə Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır".

*** 15:07

2022-ci il 18 fevral tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Bizim.Media-ya verilən məlumata əsasən, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib. 

1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib. 

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO