Manaf Ağayevin Füzuliyə səfəri ilə bağlı yoxlama BAŞLADI - Polislər cəzalandırıla bilər 

Manaf Ağayevin Füzuliyə səfəri ilə bağlı yoxlama BAŞLADI - Polislər cəzalandırıla bilər 

Hazırda oxunan: Manaf Ağayevin Füzuliyə səfəri ilə bağlı yoxlama BAŞLADI - Polislər cəzalandırıla bilər 

60753

Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsində xidməti yoxlama aparılır. Bununla bağlı polis əməkdaşlarının cəzalandırılması gözlənilir. 

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov “Report”a açıqlamasında xidməti yoxlama aparılması ilə bağlı faktı təsdiqləyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Manaf Ağayev həbs edildi - SON DƏQİQƏ


“Aparılan xidməti yoxlamaların nəticəsindən aslı olaraq qərar qəbul ediləcək”. 

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar. 

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb. 

Bu gün Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO