Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 18 fevral tarixli sərəncamı ilə Elgin Həbibullayev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bizim.Media xəbər verir ki, Elgin Şirin oğlu Həbibullayev Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub.
MÖVZU İLƏ BAĞLI:
Nərimanov rayonuna yeni icra başçısı təyin olundu - Prezidentdən SƏRƏNCAM
Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib.
Elgin Həbibullayev 2018-ci il sentyabrın 20-də Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri təyin olunub.
Qeyd edək ki, daha əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini Abdin Fərzəliyev icra edib. Abdin Fərzəliyev 2022-ci il yanvarın 19-da Abşeron Rayon İcra hakimi təyin olunub.
Bizim.Media