Bizim.Media Qubadlının ilk hərbçi şəhidi haqqında film hazırladı - VİDEO  

Bizim.Media Qubadlının ilk hərbçi şəhidi haqqında film hazırladı - VİDEO  

Hazırda oxunan: Bizim.Media Qubadlının ilk hərbçi şəhidi haqqında film hazırladı - VİDEO  

60693

Qubadlının ilk hərbçi şəhidi Mehman Müseyib oğlu Ağayarov.

Ermənilərin Azərbaycan torpaqlarına xaincəsinə basqınları nəticəsində keçən əsrin 80-90-cı illərində xalqımız növbəti dəfə faciələrə düçar oldu. Yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşdülər. 

Faciənin başladığı illərdə Qərbi Azərbaycanın digər ərazilərindən olduğu kimi, Sisiyan, Qafan, Gorus rayonlarında yaşayan azərbaycanlılar da yurd-yuvasından qovuldu və onların bir qismi Qubadlı rayonunun ərazisində məskunlaşdılar.

Onların arasında 1971-ci il martın 1-də Kəpəz dağlarının ətəyində, Zəngəzur mahalının Gorus rayonunun Şurnuxu kəndində dünyaya göz açan şəhid Mehman Müseyib oğlu Ağayarovun da ailəsi, qohum-əqrabası vardı.
İntiqam hissi ilə yaşayan Mehman Qubadlıya gəldikdən sonra xalqımızın qeyrətli oğlu, Milli Qəhrəman Əliyar Əliyevlə tanış olur və onun məktəbini keçir. Əliyar Əliyev Mehmanı qeyrətli vətənpərvər oğul, bacarıqlı bir döyüşçü kimi tanıdığı üçün onu taborun kəşfiyyat qrupuna daxil edir. Mehman, cəsarətli kəşfiyyatçı, igid döyüşçü kimi komandirlərinin və yoldaşlarının dərin hörmətini qazanır. 

Qəhrəmanımız Qubadlının Əliquluşağı, Məlikəhmədli, Tarovlu kəndlərində gedən döyüşlərdə fədakarlıqla vuruşur.

Son döyüşü isə 1992-ci ilin 19 fevralında olur. Ermənilər Məlikəhmədli kəndinə güclü hücuma keçir və axşamdan başlayan döyüş səhərə yaxın səngiyir. İgidlərimiz kəndi fədakarlıqla müdafiə edərək böyük itkilər verən düşməni geri çəkilməyə məcbur edir. Mehman bu döyüşdə qəhrəmancasına həlak olur.

Şəhidimizin qısa ömrünə sığdırdıgı qəhrəmanlıq dastanı Bizim.Media tərəfindən lentə alınıb. Onun haqqında “Qubalının ilk hərbçi şəhidi” adlı film hazırlanıb. Film bu gün Mehman Ağayarovun şəhadətinin 30 illiyi ərəfəsində, Qubadlı ictimaiyyəti qarşısında təqdim ediləcək. 

Şahnaz, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO