DİN-dən Bakıda 2 nəfərin öldürüldüyü kütləvi dava ilə bağlı AÇIQLAMA 

DİN-dən Bakıda 2 nəfərin öldürüldüyü kütləvi dava ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: DİN-dən Bakıda 2 nəfərin öldürüldüyü kütləvi dava ilə bağlı AÇIQLAMA 

60688

Fevralın 18-də saat 01 radələrində Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Şahin Bayramov və 1992-ci il təvəllüdlü Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda kütləvi DAVA – 2 nəfər ürəyindən bıçaqlandı


Araşdırmalarla Nərimanov rayonu, Təbriz küçəsində bir qrup şəxs – bir tərəfdən Şahin Bayramov və Fərid Əlirzayev, qarşı tərəfdən isə Nurani Məmmədov və digər şəxslər arasında kəsici-deşici alətlərdən istifadə edilməklə yaranmış münaqişə zəminində qərəzli xuliqanlıq hərəkətləri nəticəsində  aldıqları xəsarətlərdən Şahin Bayramov və Fərid Əlirzayevin ölmələri müəyyən olunub. 

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb. 

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Nurani Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO