Nikahdan öncə cütlüklər psixoloji və narkoloji testlərdən KEÇƏCƏKLƏR? – Deputatdan AÇIQLAMA

Nikahdan öncə cütlüklər psixoloji və narkoloji testlərdən KEÇƏCƏKLƏR? – Deputatdan AÇIQLAMA

Hazırda oxunan: Nikahdan öncə cütlüklər psixoloji və narkoloji testlərdən KEÇƏCƏKLƏR? – Deputatdan AÇIQLAMA

606875

Ötən həftə Tovuz rayonunda baş verən hadisə cəmiyyətdə ciddi narahatlıq doğurub. Valideynlərin üç azyaşlı övladından imtina etməsi, onların dövlət himayəsinə verilməsi ilə bağlı müraciəti ailə institutunun mövcud problemlərini bir daha gündəmə gətirib. İlkin məlumatlara görə, ananın psixoloji problemlərinin olması, atanın isə alkoqol asılılığı və uşaqlara qarşı düzgün münasibət göstərməməsi bu qərarın əsas səbəbləri kimi göstərilir. 

Baş verənlər göstərir ki, ailə qurmaq yalnız hüquqi prosedur deyil, həm də ciddi sosial və psixoloji məsuliyyətdir. Bu kimi hallar nikahdan öncə cütlüklərin yalnız tibbi yoxlamadan deyil, eyni zamanda psixoloji və narkoloji müayinələrdən keçməsinin vacibliyini bir daha aktuallaşdırır. 

Maraqlıdır, nikahdan öncə bununla bağlı qaydalara dəyişiklik edilməlidirmi?

Milli Məclisin deputatı Fazil Mustafa Bizim.Media-ya açıqlamasında bildirib ki, sağlamlıq testinə, arayışlara, narkoloji testə ciddi yanaşılmalıdır:

“Ailə insititutunun birinci təməli sağlamlıqdır. İndi elə buna görə testdən keçmə önəmli sayılır. Sağlamlıq uyğun olmayanda sonradan boşanmanın əsas səbəblərindən birinə çevirilir. Nəticədə valideynin uşaqdan imtina etməsi və başqa problemlər yaranır. Ona görə də bu məsələ olduqca problemlidir. Sağlamlıq testinə, arayışlara, narkoloji testə ciddi yanaşmalıyıq. Gələcəkdə böyük faciələrin yaşanmaması üçün bu məsələlər üzərində çox ciddi narahatçılıqla durmalıyıq. Çalışmalıyıq ki, təməl düzgün qoyulsun ki, belə hadisələr qarşımıza çıxmasın”.
 

Qeyd edək ki, deputat Göydəniz Qəhrəmanov parlamentin sonuncu plenar iclasında çıxışı zamanı nikah bağlanarkən narkoloji müayinənin də vacibliyindən danışıb. O bildirib ki, bəzi hallarda, şəxsdə narkoloji asılılığın olduğu nikahdan sonra müəyyən edilir və bu da ailələrin dağılmasına səbəb olur.


Bu çıxış sosial şəbəkələrdə geniş müzakirəyə çevirilib və istifadəçilər nikahdan öncə yalnız narkoloji testin deyil, həm də psixoloji testin verilməsinin də məcburi olması haqqında fikirlər irəli sürüblər. 

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO