Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə aprelin 12-də Timiryazev qəsəbəsi ərazisində qeydə alınıb.
Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Təhməz Ağayev münaqişə zamanı qardaşı, 38 yaşlı Şavalın döş qəfəsinə bıçaqla xəsarət yetirib. O polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
































































































