Gəncədə narkokuryer saxlanıldı - FOTO 

Gəncədə narkokuryer saxlanıldı - FOTO 

Hazırda oxunan: Gəncədə narkokuryer saxlanıldı - FOTO 

0:00
0:00
60676

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, taksi fəaliyyəti ilə məşğul olan, Gəncə şəhər sakini Anar Qarayev sosial şəbəkələr üzərindən əcnəbi vətəndaşdan Bakı şəhəri ərazisində gizlədilən narkotik vasitəni 300 manat qarşılığında Gəncə şəhərinə gətirməyə razılaşıblar.  

Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətirilən zaman avtomobildən çəkisi 203 qram olan “heroin” aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.  

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO