Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

Hazırda oxunan: Heyvanın möcüzələri hər kəsi heyrətləndirir

606691

Payız və qış mövsümündə ən çox istifadə olunan meyvələrdən biri olan heyva həm dadı, həm də faydaları ilə diqqət çəkir.

Bizim.Media xəbər verir ki, mütəxəssislər bildirirlər ki, heyva tərkibindəki vitamin və minerallar sayəsində insan orqanizmi üçün olduqca faydalıdır.
 

Qeyd olunur ki, heyva immun sisteminin güclənməsinə kömək edir, orqanizmi möhkəmləndirir və soyuq aylarda xəstəliklərə qarşı müqaviməti artırır. Meyvənin tərkibində olan faydalı maddələr həzm sisteminə də müsbət təsir göstərir.


Bundan başqa, heyva xalq təbabətində də geniş istifadə olunur. Xüsusilə boğaz ağrısı, öskürək və soyuqdəymə zamanı heyva və ondan hazırlanan müxtəlif qarışıqların faydalı olduğu bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, heyvanın həm təzə halda, həm də bişirilərək istifadəsi sağlamlıq baxımından əhəmiyyətlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO