Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Hazırda oxunan: Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

606673

Tovuz rayonu Aşağı Öysüzlu kəndi ərazisində fərdi evdə yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, kənd sakini Mərdan Əsədova məxsus 220 kvadratmetr ikimərtəbəli fərdi yaşayış evinin 80 kvadratmetr ərazisini əhatə edən dam örtüyu və yanar konstruksiyaları, əşyaları ilə birlikdə yanıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı evdə köməksiz vəziyyətdə qalan ahıl kişi təhlükəsiz əraziyə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO